iPhone 12 seriyası ilə bağlı yeni detallar


Digərləri 28 May 2020 08:55:00 181 0

iPhone 12 seriyası ilə bağlı yeni detallar

Bu ilin sentyabrında təqdimatı gözlənilən iPhone 12 seriyası ilə bağlı yeni detallar üzə çıxıb.

Son.az ted.az-a istinadən bildirir ki, iPhone 12 Pro ekran texnologiyasında yenilik edəcək.

Yeni Pro modellərdən ilkinin 6,1 düym OLED ekrana sahib olması gözlənilir. 10 bit rəng dərinliyinin yer alacağı deyilən telefonun yüksək parlaqlıq dəstəyi olacağı da ifadə edilir.

OLED panelin ayrıca qata ehtiyac olmadan şəkilləndirilməsinə imkan verən Y-OCTA texnologiyası sayəsində ekranın daha nazik və daha az istehsal dəyərində olacağı bildirilir.