ABŞ İrana qarşı sanksiyalardan müvəqqəti istisnalar tətbiq etməyəcək


Dünya 28 May 2020 07:05:00 145 0

ABŞ İrana qarşı sanksiyalardan müvəqqəti istisnalar tətbiq etməyəcək

ABŞ İrana qarşı sanksiyalardan müvəqqəti istisnalar tətbiq etməyi dayandırır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo öz "Twitter" səhifəsində yazıb.

M.Pompeo bildirib: "Bu gün mən Birgə Hərtərəfli Fəaliyyət Planı ilə əlaqəli İran layihələrinə qarşı sanksiyalardan istisnaları dayandırıram, (qərar - red.) 60 gündən sonra qüvvəyə minir".

Tehrana beynəlxalq yardımdan danışan dövlət katibi qeyd edib ki, İranın davam edən nüvə eskalasiyası bu əməkdaşlığın dayandırılmasının zəruri olduğunu açıq şəkildə göstərir.

M.Pompeo həmçinin İranın uranın zənginləşdirilməsi üzrə proqramının iki rəhbərinə qarşı snksiyaların tətbiq edildiyini bəyan edib.