Meksikada bir gündə COVID-19-a 3 463 yoluxma aşkarlandı


Dünya 28 May 2020 06:34:11 133 0

Meksikada bir gündə COVID-19-a 3 463 yoluxma aşkarlandı

Meksikanın Səhiyyə Nazirliyi koronavirus üzrə statistikanı yeniləyib.

Meksikanın Səhiyyə Nazirliyi koronavirus üzrə statistikanı yeniləyib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, ölkədə bir gün ərzində koronavirusa 3 463 yeni yoluxma aşkarlanıb. Son sutkada daha 463 nəfər COVID-19-dan ölüb.

Qeyd edilir ki, hazırda aktiv virus xəstələrinin sayı 15 600-ə çatır.

"Hazırda COVID-19-a aktiv yoluxma hallarının sayı 15 592-dir", - mətbuat konfransının gedişatında Meksika Səhiyyə Nazirliyinin Epidemiologiya Şöbəsinin direktoru Xose Luis Alomia deyib.

Meksikada koronavirusa ilk yoluxma 28 fevralda aşkarlanıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.