5 dəqiqəyə hazırlayıb yeyə biləcəyiniz enerji deposu 4 resept FOTO


Digərləri 27 May 2020 23:39:00 172 0

5 dəqiqəyə hazırlayıb yeyə biləcəyiniz enerji deposu 4 resept  FOTO

Səhər yuxudan oyanarkən özünüzü enerjisiz və yorğun hiss edirsinizsə, orqanizminizə güc bəxş edəcək qidalara ehtiyacınız var deməkdir. Xüsusilə, qış aylarında gücsüzlük, yorğunluq, yuxusuzluq hissi sizi daha çox əldən sala bilər. Məhz bu nöqtədə günə enerjili başlamanızı və gün boyu pozitivliyinizi qorumağınızı təmin edəcək səhər yeməyi yada düşür.

Son.az tez şəkildə hazırlaya biləcəyiniz enerjili 4 təbii səhər yeməyi menyusunu təqdim edir.

Smuti kasası

Məhsullar:

- 5 xörək qaşığı süzmə qatıq

- 10-12 ədəd qarağat

- 6 ədəd çiyələk

- 1 çay qaşığı bal

- 1 xörək qaşığı çia toxumu

Üzərinə:

- 15 ədəd moruq

- 1 ədəd kiçik banan

-1 çay qaşığı çia toxumu

- 5-6 ədəd çiy badam

Hazırlanması:

- Süzmə qatığı blenderdən keçirin. Çiyələyi üzərinə əlavə edin. Daha sonra qarağat, bal və çia toxumunu qarışdırın. Qarışığı bir kasaya tökün. Bananı dilimləyin və kasanın üzərini digər məhsullarla bəzəyin.

Taxılsız maffin

Məhsullar:

- 4 ədəd yumurta

- 1/4 stəkan kokos yağı (soyuq sıxma)

- 1/4 stəkan bal

- 1/4 stəkan tam yağlı süd

- 1/2 stəkan kokos unu (arzuya görə, badam unu da olar)

- 1/2 su stəkanı çiy fındıq

- 1 ədəd banan

- 1 çay qaşığı vanil

- 1/4 çay qaşığı darçın

Hazırlanması:

- Sobanı 180 dərəcədə isidin.

- Bal və kokos yağını qazda əridin. Soyumağa qoyun.

- Yumurtaları hazırlanma qabına qırın. Çəngəllə əzdiyiniz bananı üzərinə əlavə edin. Ballı yağ qarışı, süd və vanili qarışdırın.

- Kokos ununu töküb yaxşıca qarışdırın. Fındıqları xırdalayıb içərisinə əlavə edin. Əldə etdiyiniz xəmiri yağlı kağız yerləşdirdiyiniz maffin qablarına bölün.

- 20-25 dəqiqə bişirin. İlıq şəkildə servis edin.