Alma, xiyar, badımcan... İstifadə edərkən bu amili mütləq nəzərə alın!


Digərləri 27 May 2020 23:50:00 223 0

Alma, xiyar, badımcan...  İstifadə edərkən bu amili mütləq nəzərə alın!

Bəzi meyvələr var ki, onların qabıqları özlərindən daha faydalıdır.

Son.az həmin məhsulları təqdim edir:

Alma.

Alma qabığı güclü iltihabəleyhinə təsirə malikdir, orqanizmin qocalmasına səbəb olan sərbəst radikallarla mübarizə aparır, xərçəng əleyhinə təsir göstərir.

Xiyar.

Kremniumla zəngin olan xiyar qabığı dəri üçün çox xeyirlidir, dərini cavanlaşdırır və möhkəmləndirir. Həmçinin xiyar qabıqları bağırsaqları çox yaxşı təmizləyir.

Badımcan.

Badımcanın qabığı antioksidantlarla xüsusilə zəngindir. Antioksidantlar orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi hüceyrə səviyyəsində ziyanlı təsirlərdən qoruyur.