İstanbulun üç böyük körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Dünya 27 May 2020 23:36:07 207 0

İstanbulun üç böyük körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Türkiyənin İstanbul şəhərinin rəmzlərindən hesab edilən üç böyük körpü - “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet”, “Yavuz Sultan Səlim” körpüləri, eləcə də, tarixi abidələrdən olan “Qalata qülləsi” 28 May – Azərbaycanın Respublika Günü münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb.

Azərbaycan Respublikasının Türkiyədəki Baş konsulluğundan “Report”un yerli bürosuna verilən məlumata görə, bu tarixi kompozisiya Baş konsulluğun təşəbbüsü, Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi (XİN), İstanbul Valiliyi və Quru yolları Baş İdarəsinin dəstəyi ilə baş tutub. Diplomatik nümayəndəlikdən bu xüsusi təbrik mesajının qardaş Türkiyənin Azərbaycana xüsusi diqqətinin bariz təzahürü olduğu deyilib.

Gecə saatlarında başlayaraq Azərbaycan bayrağının üç rəngində, mavi, qırmızı və yaşıl olmaqla baş tutan işıqlandırma dörd kompozisiya üzrə dəyişərək İstanbul boğazına, Mərmərə dənizinə xüsusi gözəllik verib.

İşıqlandırma səhər saatlarına qədər davam edəcək.

Vüsalə Abbasova