Sosial məsafəyə görə təyyarənin göyərtəsində dava düşdü


Dünya 27 May 2020 22:44:00 148 0

Sosial məsafəyə görə təyyarənin göyərtəsində dava düşdü

Rusiya Federasiyasının İstintaq Komitəsi Soçi-Moskva aviareysində iki sərnişin arasında qeydə alınan dava ilə əlaqədar cinayət işi açıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 2001 və 1986-cı il təvəllüdlü iki sərnişin Moskvanın "Domodedovo" hava limanına enən təyyarənin göyərtəsində əlbəyaxa dalaşıblar.

İnsident sərnişinlərdən birinin COVID-19 pandemiyası ilə əlaqədar sosial məsafə qaydalarına riayət etməməsi nəticəsində baş verib.