ÜST: İnsanların 90 faizindən çoxunun koronavirusa yoluxma riski var


Digərləri 27 May 2020 22:40:00 174 0

ÜST: İnsanların 90 faizindən çoxunun koronavirusa yoluxma riski var

Müxtəlif ölkələr tətbiq etdiyi sərt tədbirləri aradan qaldırdıqca koronavirus pandemiyasının yayılma riski də artır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Yasareviç deyib.

Onun sözlərinə görə, aparılan təhlillər onu göstərir ki, çox az sayda adamda koronavirusa qarşı anti-cismlər mövcuddur: "İnsanların 90 faizindən çoxunda isə koronavirusa yoluxma riski var. Bu səbəbdən də biz müəyyən qadağaları saxlamalıyıq".

T.Yasareviç bildirib ki, "COVID-19" vaksinin tapılması üçün dünyada çox sayda gərgin işlər aparılır. ÜST-də 100-dən çox vaksin sınaq mərhələsindədir: