Pandemiya ilə əlaqədar Fransadan çirklənmə HƏYƏCANI Dənizin dibində milyardlarla...


Dünya 27 May 2020 22:15:00 152 0

Pandemiya ilə əlaqədar Fransadan çirklənmə HƏYƏCANI  Dənizin dibində milyardlarla...

Fransada qeyri-hökumət təşkilatının Aralıq dənizində görüntüyə aldığı videoda dənizin dibində toplanan maska və əlcəklər diqqət çəkib.

Son.az xəbər verir ki, "Təmiz dəniz əməliyyatı" qrupu "Antibesin Kot-d'Azur" kurortu yaxınlığındakı sahili təmizləməyə çalışır.

Ölkə artıq pandemiyanın xroniki olaraq plastik çirklənmə problemini artırmağından narahatdır. Araşdırma qrupu bunun həyəcan siqnalı olduğunu söyləyir. Bildirilir ki, Avropa tədricən qapanmadan çıxır və insanlar çimərliklərə yenidən axın etməyə başlayır.

Sualtı görüntüləri çəkən və Feysbukda yayımlayan qrupun qurucusu Laurent Lombard, "bu maskaları və əlcəkləri çoxdan tapmalı idik. Bunların sayı milyardlarladır. Bu, çox böyük bir çirklənməyə səbəb olacaq", - deyə bildirib.