Pişiyinə görə serial ilə yollarını ayırdı


Digərləri 27 May 2020 20:45:00 148 0

Pişiyinə görə serial ilə yollarını ayırdı

Show TV-də yayımlanan "Kuzey Yıldızı: İlk Aşk" serialında Fatimə rolunu canlandıran aktrisa Yasemin Hadivet hər kəsi təəccübləndirəcək addım atıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa çəkilişləri Orduda aparılan ekran işi ilə yollarını ayırıb. O, buna səbəb kimi pişiyini saxlamağa kimsənin olmamasını, onu İstanbulda tək qoya bilməməsini göstərib.

Bununla da Y. Hadivet 27-ci bölümdən sonra tamaşaçı qarşısına çıxmayacaq.

İnstaqramda pişiyi ilə fotosunu paylaşan aktrisa 6 ildir Minnoş adlı pişiyi ilə birlikdə yaşadığını, onu etibar edəcək məsuliyyətli birinin olmadığını qeyd edib.