Gürcüstanın baş naziri müsəlman vətəndaşlara təşəkkür etdi


Dünya 27 May 2020 20:30:08 160 0

Gürcüstanın baş naziri müsəlman vətəndaşlara təşəkkür etdi

“Epidemiya şəraitində Gürcüstanda bütün dinlər və konfessiyalarla son dərəcə nəzakətli və düzgün ünsiyyət quruldu”.

“Epidemiya şəraitində Gürcüstanda bütün dinlər və konfessiyalarla son dərəcə nəzakətli və düzgün ünsiyyət quruldu”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria deyib.

Onun sözlərinə görə, bu sahədə heç bir istisnaya yol verilməyib:“Biz hamımız - kilsə, müsəlman qardaşlarımız, bütün konfessiyalar bu dövrdən mümkün olan qədər yaxşı keçdik. Buna görə bütün məzhəblərə və vətəndaşlarımıza minnətdaram. Biz hamımız bir çox ölkələrə nümunə olduq”.