Polina Qaqarina da ərindən ayrıldı


Digərləri 27 May 2020 20:40:00 149 0

Polina Qaqarina da ərindən ayrıldı

Rusiyalı müğənni Polina Qaqarina 6 illik həyat yoldaşı, fotoqraf Dimitri İsxakovla ayrılıb.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, cütlük bir neçə aydır ayrı yaşasa da, rəsmi prosedura başlamayıblar. Onlar bu xəbərin yayılmasını da istəmədikləri üçün informasiya verməyiblər.

Qeyd edək ki, 33 yaşlı Polina və 42 yaşlı Dimitri 2013-cü ildə tanış olub, 2014-cü ildə evləniblər. 2017-ci ildə isə cütlüyün qızı Mia dünyaya gəlib.

Onu da bildirək ki, Polinanın birinci evliliyindən Andrey adlı oğlu da var.