Xaçmazda baş verən insidentlə bağlı cinayət işi başlanıldı


Kriminal 27 May 2020 18:34:00 305 0

Xaçmazda baş verən insidentlə bağlı cinayət işi başlanıldı

Xaçmaz rayonunda Vüsal Kərimovla Nəriman Yusifov arasında baş verən insidentlə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Son.az-a verilən məlumatda bildirilib ki, faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

V.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müvafiq ekspertizalar təyin olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.