Ukrayna aviareysləri bu tarixdən bərpa edir


Dünya 27 May 2020 17:34:00 157 0

Ukrayna aviareysləri bu tarixdən bərpa edir

Ukrayna hökuməti 15 iyundan etibarən aviareysləri bərpa etmək qərarı verib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə naziri Maksim Stepanov açıqlama verib: "Karantinin ləğv edilməsi planına əsasən, uçuşlar iyunun 15-dən etibarən bərpa olunacaq. Ancaq sizə xatırlatmaq istəyirəm ki, bir insan başqa ölkədən gəldikdə "Evdə qal" tətbiqini quraşdıraraq özünü bir evdə təcrid etməli və 14 gün orada qalmalıdır".

Bundan əlavə, nazir bildirib ki, ukraynalılar Belarusa və digər ölkələrə avtomobil yolu ilə səfər edə bilərlər: "Bu gün üçün buna dair heç bir məhdudiyyət yoxdur".