Moskvada keçiriləcək Qələbə Paradına MDB ölkələrinin başçıları dəvət olunacaq


Dünya 27 May 2020 16:58:09 214 0

Moskvada keçiriləcək Qələbə Paradına MDB ölkələrinin başçıları dəvət olunacaq

Moskva şəhərində iyunun 24-də keçiriləcək Qələbə Paradına MDB ölkələrinin rəhbərlərini dəvət etmək nəzərdə tutulur.

Dmitri Peskov

Moskva şəhərində iyunun 24-də keçiriləcək Qələbə Paradına MDB ölkələrinin rəhbərlərini dəvət etmək nəzərdə tutulur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, ənənəvi olaraq mayın 9-da keçirilən Qələbə Paradıkoronavirus pandemiyası səbəbindəntəxirə salındı. Parada ilkin olaraq bir çox ölkələrin başçıları, beynəlxalq təşkilatların rəhbərləri dəvət edilmişdi.