Tehranda zəlzələ olub


Dünya 27 May 2020 16:34:00 207 0

Tehranda zəlzələ olub

İranın Tehran vilayətinin Dəmavənd rayonunda 4 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Zəlzələ yerli vaxtla saat 13:41-də 12 km dərinlikdə qeydə alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.