Hollivud ulduzlarının yeni rəqibi


Digərləri 27 May 2020 16:28:00 145 0

Hollivud ulduzlarının yeni rəqibi

Bir müddətdir dijital (rəqəmsal) model Lil Miquela dünya gündəmini zəbt edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, instaqramda iki milyon izləyicisi olan Lil sonuncu nəslin ikonasına çevrilib.

O, bir neçə gün bundan əvvəl Hollivud ulduzlarının çalışdığı CAA (Creative Artists Agency) agentliyi ilə müqavilə bağlayıb. Şirkət Miquella ilə televiziya, kino və reklam sahələrində birlikdə əməkdaşlıq edəcəyini açıqlayıb.

19 yaşlı model Trevor MakFedris və Sara DeCou tərəfindən yaradılan bir personajdır. Layihə 2016-cı ildə instaqram profilində başladılıb.