SOCAR 28 May Respublika Günü münasibəti ilə videoçarx hazırladı


İqtisadiyyat 27 May 2020 16:07:53 168 0

SOCAR 28 May  Respublika Günü münasibəti ilə videoçarx hazırladı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 28 May – Respublika Günü münasibəti ilə videoçarx hazırlayıb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 28 May – Respublika Günü münasibəti ilə videoçarx hazırlayıb.

“Report” xəbər verir ki, videoçarxda Azərbaycan Milli Şurasının 28 May 1918-ci ildə qəbul etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal bəyannaməsi səsləndirilib.

Belə ki, musiqisi Üzeyir Hacıbəylinin “Milli Marşı” ilə müşayiət olunanvideoçarxda İstiqlal Bəyannaməsinin bütün bəndləri səsləndirilir. 6 bənddən ibarət olan İstiqlal Bəyannaməsində deyilir:

1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti - həsənə təsisinə əzm edər.

4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər.

5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bil cümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.

6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur.

Videoçarxın sonunda İstiqlal Bəyannaməsini imzalayan cümhuriyyət qurucuları - Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov, Mustafa Mahmudovun adları çəklir.

SOCAR-ın hazırladığı videoçarxı oxuculara təqdim edirik.