Günayın sevgilisi açıqlama yaydı,


Şou-biznes 27 May 2020 14:52:00 214 0

Günayın sevgilisi açıqlama yaydı,

Türkiyədə yaşayan model Günay Musayeva bir neçə gün bundan əvvəl şikayətçi olduğu sevgilisi Taha Tatlıcını unutmaq qərarına gəlib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə tərəfindən verilən bir aylıq uzaqlaşma qərarından sonra Taha tərəfindən təhdid olunan Günay bir neçə günlük instaqram səhifəsini silmişdi. Ötən gün hesabını aktivləşdirən Musayeva sevgilisi ilə fotoları daxil olmaqla, bütün paylaşımlarını silib. Model cəmi 3 şəklini əsas səhifəsində paylaşaraq, həyatında yeni səhifə açdığını vurğulayıb.

Bundan əlavə, Günay "Ah sevda" şərhini yazaraq, sözügedən mahnıya rəqs edən videosunu paylaşıb.

Taha isə instaqram səhifəsində açıqlama yayaraq, keçmiş sevgilisinə şiddət göstərmədiyini bildirib: "Uşaq və qadına şiddət göstərməyim barədə məlumatlar yalandır. Mən yox, Günay Musayeva silahla insan yaralamaqda ittiham olunur və 2, 5 il həbsi üçün hüquqi işlər davam edir. Bu xəbəri yayanları şiddətlə qınayıram".