Azərbaycandan İrana 19 məhbus ekstradisiya olunub


Digərləri 27 May 2020 14:22:00 166 0

Azərbaycandan İrana 19 məhbus ekstradisiya olunub

Bu gün 19 iranlı məhbus Azərbaycandan İrana ekstradisiya olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın ədliyyə nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Mahmud Abbasi deyib.

M.Abbasinin sözlərinə görə, məhbuslar Astara sərhəd gömrüyü vasitəsi ilə İrana keçiblər.

Abbasi deyib ki, məhbusların ekstradisiyası İranın Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin məsləhətləşmələri nəticəsində baş tutub.