Şəmkirdə sərnişin sürücüyə xəsarət yetirib


Sosial 27 May 2020 12:40:54 140 0

Şəmkirdə sərnişin sürücüyə xəsarət yetirib

Şəmkir rayonunda sürücüyə xəsarət yetirən şəxs tutulub.

Şəmkir rayonunda sürücüyə xəsarət yetirən şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, mayın 27-də Şəmkir şəhəri ərazisində Keçili kənd sakini P.Quliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturan naməlum şəxs sürücüyə baş nahiyəsindən küt alətlə xəsarət yetirib onu avtomobildən düşürərək hadisə yerini tərk edib.

Şəmkir Rayon Polis Şöbəsiəməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini S.Məmmədli avtomobillə birgə Seyfəli kəndi ərazisində saxlanılıb.