Qonşuda koronavirusa yoluxanların sayı 735ə çatıb


Dünya 27 May 2020 11:56:00 156 0

Qonşuda koronavirusa yoluxanların sayı 735ə çatıb

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 yoluxma halı qeydə alınıb.

Son.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da ölkədə qonşu ölkədə yoluxanların sayı 735 nəfərə çatıb.

Qeyd olunub ki, qonşu ölkədə koronavirus  səbəbi ilə 3076 nəfər karantində saxlanılır, 325 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 557 nəfər sağalıb, 12 nəfər isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.