"PAŞA Sığorta" vətəndaşları dələduzlara aldanmamağa çağırır


İqtisadiyyat 27 May 2020 12:00:00 156 0

"PAŞA Sığorta" vətəndaşları dələduzlara aldanmamağa çağırır

"PAŞA Sığorta" ASC-yə daxil olan çoxsaylı şikayətlər əsasında şirkətlə əlaqəsi olmayan bir qrup şəxsin dələduzluq halları qeydə alınıb

"PAŞA Sığorta" ASC-yədaxil olan çoxsaylı şikayətlər əsasında şirkətlə əlaqəsi olmayan bir qrup şəxsin dələduzluq halları qeydə alınıb.

Araşdırmalara əsasən müəyyən edilib ki, dələduzlar "PAŞA Sığorta"nın adından zənglər edərək vətəndaşları işə dəvət edir və işə qəbul qarşılığında ödəniş terminalları vasitəsilə müəyyən məbləğdə pul köçürmələri tələb edirlər.

Sözügedən dələduzluğun bir neçə qurbanı qeydə alınıb. Belə ki, iş təklif olunan bəzi insanlar tələb edilən məbləğdə ödəniş həyata keçiriblər.

"PAŞA Sığorta" vətəndaşları bu kimi təkliflərə aldanmamağa çağırır. Bu və bənzəri hallar şirkətin işə qəbul siyasətinə ziddir, bu şəxslərin "PAŞA Sığorta" ilə heç bir əlaqəsi yoxdur. Bu cür hallarla rastlaşdığınız zaman rəsmi olaraq şirkətə şikayətinizi bildirmək üçün şikayətlərin qəbulu üzrə qaynar xətt olan +994 51 225 89 78 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

"PAŞA Sığorta"damövcud vakansiyalar haqqında ən son məlumatı yalnız https://www.pasha-insurance.az/career/ ünvanından əldə edə bilərsiniz və müvafiq vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

"PAŞA Sığorta" 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holdinq” MMC-yə daxil olan şirkət300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. "PAŞA Sığorta"kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin məbləği və digər göstəriciləri ilə sığorta bazarının lideri,ən böyük sığorta şirkətlərindən biridir.