Kanadada atışma baş verib, ölən var


Dünya 27 May 2020 11:02:43 165 0

Kanadada atışma baş verib, ölən var

Kanadanın Toronto şəhərinin şərq hissəsində ötən gün törədilən silahlı hücum nəticəsində 21 yaşlı gənc öldürülüb, 15 yaşlı yeniyetmə və 27 yaşlı qadın isə yaralanıb.

Kanadanın Toronto şəhərinin şərq hissəsində ötən güntörədilən silahlı hücum nəticəsində 21 yaşlı gənc öldürülüb, 15 yaşlı yeniyetmə və27 yaşlı qadın isə yaralanıb.

"Report" CBC-yə istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdirilib.

Ölənin və yaralananların adları açıqlanmır.

Şəhərin polis rəisi Mark Saundersbildirib ki,həmin gənc və yeniyetmə avtomobillərinə minmək istəyərkən onları 40 dəqiqə ərzində yaxınlıqda park edilən avtomobildə gözləyən naməlum şəxslər güllələləyib: "Bu zaman yaxınlıqdan təsadüfən keçən qadın da güllə yarası alıb".

Hadisəni törədən şəxslər dərhal göy rəngli "Tiguan" markalı avtomobilləhəmin yerdən uzaqlaşıblar. Polis onları axtarır.