Honkonqda etirazçılara qarşı bibər qazı tətbiq edildi


Dünya 27 May 2020 11:38:01 180 0

Honkonqda etirazçılara qarşı bibər qazı tətbiq edildi

Honkonq polisi şəhər mərkəzində toplaşan nümayişçiləri dağıtmaq üçün bibər qazı tətbiq edib.

Honkonq polisi şəhər mərkəzində toplaşan nümayişçiləri dağıtmaq üçün bibər qazı tətbiq edib.

“Report” RTHK-ya istinadən xəbər verir ki, şəhərin işgüzar bölgəsində nahar fasiləsi zamanı küçəyə çıxan yüzlərlə ofis işçisi Çinin milli marşına ehtiram göstərilməsi və təhlükəsizliklə bağlı qəbul edilən qanunlara etiraz edərək hakimiyyəti qınayan şüarlar səsləndiriblər.

Polis də onlara qarşı minimum səviyyədə güc tətbiq etdiklərini bildirib.

Bu gün Çinin Dövlət himninə ehtiramla bağlı qanun layihəsinin müzakirəsi başlayan Honkonq Qanunçuluq Məclisi və başqa rəsmi binalar ətrafında polis xüsusi təhlükəsizlik tədbirləri görüb. 3 minədək polis əməkdaşı nümayişçilərin həmin bölgəyə keçmək cəhdlərinin qarşısını alır. İndiyədək 16 nəfər saxlanılıb, bəzilərindənmolotov kokteyliaşkar edilərək götürülüb.

Qeyd edək ki, ötən gün bir sıra tələbə hərəkatları onlayn forumlar vasitəsilə əhalini etiraz aksiyalarına çıxmağa çağırıblar.