Damla Azərbaycana qayıtdı,


Şou-biznes 27 May 2020 11:39:00 159 0

Damla Azərbaycana qayıtdı,

Azərbaycanda mart ayından etibarən xüsusi karantin rejimi tətbiq olunduğu üçün Rusiyada qalan müğənni Damla Bakıya qayıdıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi ötən gün xüsusi ayrılan avtobus vasitəsilə sərhədi keçib. O, hazırda paytaxtdakı otellərin birində karantinə alınıb.

Məlumatı Damlanın meneceri "Qafqazinfo"ya təsdiqləyib.

Qeyd edək ki, ifaçı Novruz bayramı ilə bağlı Moskvada təşkil olunan konsertdə iştirak etmiş, lakin Rusiya sərhədləri bağladığı üçün Bakıya qayıda bilməmişdi.