Ermənistanda koronavirusdan ölənlərin sayı 98-ə çatdı


Dünya 27 May 2020 10:54:03 158 0

Ermənistanda koronavirusdan ölənlərin sayı 98-ə çatdı

​Ermənistanda daha 372 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər ölüb

Ermənistanda daha 372 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər ölüb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 7 774-yə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 7nəfər artaraq 98-ə çatıb.

Bildirilib ki, indiyədək 3 255nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 4 377 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,6 milyonu ötüb. Bunların 2,4 milyon nəfərdən çoxu sağalıb, 352 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.