Pişikdə koronavirus aşkarlandı, ev sahibi karantinə alındı


Dünya 27 May 2020 10:33:00 145 0

Pişikdə koronavirus aşkarlandı, ev sahibi karantinə alındı

Rusiyada pişikdə COVID-19 virusu aşkarlanıb.

Son.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Veterinar və Fitosanitar Nəzarət Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbərinin müavini Nikolay Vlasov məlumat verib.

O, Moskvanın veterinar klinikasında tədqiqatçıların beş yaşlı pişikdə yeni növ koronavirus aşkarladıqlarını söyləyib: "Pişikdən COVID-19 testi üçün analiz götürülüb. Test müsbət nəticə göstərib".

Heyvan sahibinin yaşayış yeri karantinə alınıb.