190 manatlıq yardım yenidən verilə bilər?


Digərləri 27 May 2020 09:53:00 175 0

190 manatlıq yardım yenidən verilə bilər?

Koronavirus pandemiyasına görə bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da müxtəlif kateqoriyaya mənsub insanlara, şirkətlərə müəyyən ödənişlər, yardımlar edildi.

Son.az xəbər verir ki, karantin rejimində 600 mindən çox insana 190 manatlıq yardım edildi. Artıq yumşaldılma ilə bağlı bir çox iaşə obyekti fəaliyyətinə başlayıb.

Bəs görəsən, karantin rejimi davam etdiyi müddət ərzində hələ də fəaliyyəti bərpa olunmayan müəssisələrin əməkdaşları və aztəminatlı insanlara 190 manatlıq yardım edilə bilərmi?

Məsələ ilə bağlı deputat Musa Quliyev "sonxeber.az"a açıqlama verib.

Deputat bildirib ki, bu edilə bilməz və edilməli də deyil:

"Çünki insanları yavaş-yavaş əməyə istiqamətləndirməliyik. İnsanlarımız işləməlidirlər və eyni zamanda iqtisadiyyatımız davam etməlidir.

Çünki koronavirusun nə qədər davam edəcəyini hələ bilmirik. Bəlkə də biz bu virusla uzun müddət yaşayacağıq. Ona görə də həyatımızı evə qapatmalı deyilik.

Karantin rejiminin əks-epidemik tədbirlərinə riayət etməklə yavaş-yavaş fəal həyata qayıtmalıyıq. Dünyanın bir çox ölkələrində artıq fəal həyata qayıdırlar.