Koronavirusdan ölənlərin sayı 350 mini keçdi


Dünya 27 May 2020 09:42:00 126 0

Koronavirusdan ölənlərin sayı 350 mini keçdi

Koronavirusla bağlı statistik göstəricilər mənfiyə doğru dəyişməkdədir.

Son.az bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına görə dünya üzrə koronavirusa yoluxanların sayı 5 milyon 686 mini keçib, 352 mindən çox insan bu virus səbəbi ilə dünyasını dəyişib.

Siyahıda birinci yeri ABŞ, ikinci yeri isə Braziliya tutur. Rusiya siyahının üçüncü yerində qərarlaşıb. Qonşu ölkələrdən İran koronavirusla bağlı siyahıda ilk onluqdan çıxıb, Çin on dördüncü yerdə qərarlaşıb. Hindistan yoluxma sayına görə İranı qabaqlayıb və ilk onluğa daxil olub, siyahıda Türkiyədən sonra gəlir.