“Xəstə olduğumu qəbul etdim”


Şou-biznes 27 May 2020 09:47:00 153 0

“Xəstə olduğumu qəbul etdim”

Türkiyəli məşhur müğənni İrem Derici jurnallarda birinə müsahibəsi zamanı üç il əvvəl 40 kiloqrama qədər arıqlayaraq reanimasiyaya düşməsi barədə danışıb.

Son.az axşam.az-a istinadən bildirir ki, anoreksiyadan əziyyət çəkən müğənni çətin anlar yaşadığını bildirib:

"Vəziyyətim pisləşəndə bunu özümə etiraf edə bilməmişdim. Məsələn, anoreksiya olduğum müddətdə çubuq kimi gəzirdim, ancaq özümü dünyanın ən gözəl insanı zənn edirdim. O dövrdə çox gözəl olduğumu iddia edirdim. Müalicədən sonra özümə gəldim və xəstə olduğumu qəbul etdim".