Almaniyada 179 mindən çox şəxs COVID-19-a yoluxub


Dünya 27 May 2020 08:59:48 147 0

Almaniyada 179 mindən çox şəxs COVID-19-a yoluxub

Almaniyada koronavirusa bir gündə 362 yoluxma halı qeydə alınıb.

Almaniyada koronavirusa bir gündə 362 yoluxma halı qeydə alınıb.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox institutu bildirib.

Qeyd edilir ki, ötən sutka ərzində ölkədə daha 47 insan virusdan ölüb.

İnstitutun məlumatına görə, AFR-də bütün pandemiya ərzində koronavirusa 179 364 yoluxma qeydə alınıb, ümumilikdə virusa yoluxmuş 8 349 pasiyent ölüb.

Ölkədə COVID-19-a ən çox yoluxma Bavariyada qeydə alınıb. Burada 46 458 nəfərin virusa yoluxması təsdiqlənib.

Şimali Reyn-Vestfaliyada 37 541, Baden-Vürtemberqdə 34 500 nəfər koronavirus daşıyıcısıdır. Berlində virusa 6 673 yoluxma qeydə alınıb.