Materik Çində sutkada bir yoluxma faktı qeydə alınıb


Dünya 27 May 2020 08:49:00 138 0

Materik Çində sutkada bir yoluxma faktı qeydə alınıb

Materik Çində ötən sutkada aktiv formada keçən koronavirusun yaratdığı xəstəliyə yoluxmanın bir faktı qeydə alınıb, 28 asimptomatik xəstə müəyyən edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi bildirib.

Xəstəliyin aktiv forması ilə yeganə yeni yoluxan şəxs xaricdən Şanxaya gəlib. Aşkar edilən bütün asimptomatik koronavirus daşıyıcıları ölkə daxilində aşkar edilib.

Koronavirusla bağlı ölüm halı qeydə alınmayıb.