Binəqədidə iki avtomobil toqquşdu, xəsarət alan var


Sosial 27 May 2020 08:31:53 143 0

Binəqədidə iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda bir nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib..

© Foto: "Report"

Bakıda bir nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Dadaşov Rəfail Ramiz oğlu bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona hər iki topuğun sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov