Zaqatalada yanğın olub


Digərləri 27 May 2020 08:39:00 154 0

Zaqatalada yanğın olub

Zaqatala rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Lahıc kəndində ümumi sahəsi 90 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 1,2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.