Torontoda atışma olub: 3 nəfər yaralanıb


Dünya 27 May 2020 08:29:00 145 0

Torontoda atışma olub: 3 nəfər yaralanıb

Kanadanın Toronto şəhərinin mərkəzində atışma nəticəsində 3 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər bir oğlan və bir kişinin həyatda qalması üçün mübarizə aparır.

Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır, lakin sabitdir.

Şahidlərin dediyinə görə, altı-yeddi atəş və birdən yola düşən avtomobilin səsini eşidiblər.