Virusoloqdan koronavirusun ikinci dalğası haqqında PROQNOZ


Digərləri 27 May 2020 07:55:00 155 0

Virusoloqdan koronavirusun ikinci dalğası haqqında PROQNOZ

Tibb elmləri doktoru, həkim-immunoloq, xüsusilə təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçugov "Komsomolskaya Pravda" radiosunun efirində koronavirusun ikinci dalğasının olmayacağını söyləyib.

Son.az xəbər verir ki, həkim davam edən xəstəliyin kütləvi immunitet yaratdığını bildirib: "Bu, hər tərəfdən sevindiricidir, çünki bütün epidemiyalar kütləvi immunitet 60 faiz qazanıldıqda başa çatır. 60%-ə çatana qədər əhalinin 50%-i xəstələnməyə davam edir. Onda virusun özü bu pandemiyaya son qoyacaq.

Ancaq inanıram ki, hər şey planlaşdırıldığı kimi gedərsə, ikinci dalğa sual altında qalacaq. Ən azı ölkəmizdə. Yavaş-yavaş aşağı enəcək. Xəstə sayı hətta bir üfüqi xətt üzrə müşahidə olunacaq. Sentyabr ayına qədər 60%-ə çatsaq, onda ikinci dalğa olmayacaq. Lakin 60 faizə çata biləcəyikmi? Bax, bu hələ bəlli deyil. Çünki xəstəliyin inkişafını ləngidirik və geridə qalırıq". (publika.az)