Almaniyada siyasi motivli cinayətlərin sayı artıb


Dünya 27 May 2020 06:18:11 146 0

Almaniyada siyasi motivli cinayətlərin sayı artıb

Ötən il Almaniyada siyasi motivli cinayətlərin sayı 2018-ci illə müqayisədə 14,2% artıb.

Ötən il Almaniyada siyasi motivli cinayətlərin sayı 2018-ci illə müqayisədə 14,2% artıb.

“Report” xəbər verir ki, bu barədə “Bild” Almaniyanın təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat verib.

Bildirlib ki,2019-cu ildə siyasi səbəblərdən törədilən cinayətlərin sayı 41 mini ötüb. Lakin 2018-ci ildə bu rəqəm 36 062 olub.

Qeyd olunur ki, bura təhqir etmək, yanğın törətmək, fiziki hücum, o cümlədən qətl törətmək də daxildir. Əvvəlki illərdə olduğu kimi, cinayətlər də əsasən sağ və sol radikallar tərəfindən törədilib.

Eyni zamanda, sağçı radikallar tərəfindən törədilən siyasi cinayətlərin sayı 2018-ci illə müqayisədə 9,4% artıb. 22 342 cinayətin yarısından çoxu siyasi xarakterlidir.

Nəşrin məlumatına görə, ötən ildə 2 032 antisemitizm cinayəti qeydə alınıb. Bu rəqəm 2018-ci illə müqayisədə 13% artıb.