Dünyanın ən məşhur şirkətlərindən biri BATIR Nazir HƏYƏCAN TƏBİLİ çaldı


Dünya 27 May 2020 04:30:00 131 0

Dünyanın ən məşhur şirkətlərindən biri BATIR  Nazir HƏYƏCAN TƏBİLİ çaldı

Fransanın məşhur "Renault" avtomobil şirkəti bağlanma təhlükəsi ilə qarşı-qarşıya qalıb.

Son.az xəbər verir ki, koronavirus pandemiyası səbəbilə ciddi iqtisadi böhran içinə olan şirkət tamamilə fəaliyyətini dayandıra bilər.

Bu barədə Fransanın İqtisadiyyat naziri Bruno Le Maire "Europe 1" radiosuna açıqlamasında danışıb. Nazir bildirib ki, təcili şəkildə hərəkətə keçmək lazımdır: "Amma düşünürəm ki, şirkət bunun öhdəsindən gələ bilər. Elektrikli avtomobil səhəsində texnoloji baxəmdan dünyanın ən yaxşı istehsalçılarından biri olmaq "Renault" üçün ən doğru strategiyadır".

Le Maire "Le Figaro" qəzetinə verdiyi müsahibədə şirkətin 5 milyard avro maliyyə dəstəyinə ehtiyac duyduğunu, lakin tələb olunan məbləğin hələ ki təsdiqlənmədiyini bildirib.