Maykl Pensin mətbuat katibi koronavirusdan sağaldı


Dünya 27 May 2020 03:46:00 156 0

Maykl Pensin mətbuat katibi koronavirusdan sağaldı

ABŞ-ın vitse-prezidenti Maykl Pensin mətbuat katibi, koronavirus diaqnozu qoyulan Keti Miller sağalaraq işə qayıdıb.

ABŞ-ın vitse-prezidenti Maykl Pensin mətbuat katibi, koronavirus diaqnozu qoyulan Keti Miller sağalaraq işə qayıdıb.

“Report” xəbər verir ki, bu barədə Miller öz “Twitter” hesabında yazıb.

“COVID-19-la bağlı götürülən üç analizin nəticəsi mənfi olduqdan sonra bu gün işə qayıtdım. Gözəl həkimlərimə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm”- “Twitter”də yazıb.

K. Miller hamilə olduğunu qeyd edib və həyat yoldaşı, ABŞ prezidentinin məsləhətçisi Stiven Millerin xəstəliyi zamanı ona göstərdiyi qayğıya görə təşəkkür edib.