Tərtərdə yol qəzasında yaralanan şəxs Bakıya gətirildi


Sosial 27 May 2020 01:22:26 140 0

Tərtərdə yol qəzasında yaralanan şəxs Bakıya gətirildi

Tərtər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Tərtər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, rayon ərazisində iki avtomobilin toqquşması nəticəsində 1974-cu il təvəllüdlü Kərimov Vasif Fəzi oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona sağ baldır sümüyünün yerdəyişən qəlpəli sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov