Bəzən elə hicablılar görürük ki,..


Digərləri 26 May 2020 23:55:00 189 0

Bəzən elə hicablılar görürük ki,..

Bəzən elə hicablı qızlar görürük ki, bədəninin hər yeri bağlıdır, amma dar şalvar geyinib. Belə geyinmək olarmı?

Hicab yalnız bütün bədən üzvlərini örtmək və dərini parça ilə gizlətmək deyil. Hicabın bəzi vacib xüsusiyyətləri var ki, bunlara mütləq riayət olunmalıdır. Hicabın birinci və vacib şərti sifət və biləkdən aşağı əllər istisna olmaqla, bütün bədəni örtməsidir. Ikinci şərt hicabın şəffaf olmaması və dərinin rəngini göstərməməsidir. Üçüncü şərt budur ki, hicab gərək bədənə sıx yapışmasın, yəni qadının bədən cizgilərini qabarıq göstərməsin. Dördüncü şərt budur ki, hicab barmaqla göstəriləcək və naməhrəm kişilərin diqqətini cəlb edəcək qədər əlvan və bəzəkli olmamalıdır.

Eləcə də, hicablı qadın sair zinətlərini də naməhrəm kişilərdən gizlətməlidir (Kosmetika da zinət sayılır). Çox təəssüf ki, hal-hazırda bəzi hicablılar arasında elə dəblərə rast gəlirik ki, bunlar şəriətə qətiyyən uyğun deyil. Başını bağlayıb, amma dar paltar geyinən, al-əlvan rənglərə üstünlük verən, kosmetikadan hədsiz dərəcədə bol istifadə edən qadınlar əslində hicablı sayılmazlar.