Günün qoroskopu: Emosional fon əlverişlidir


Digərləri 27 May 2020 00:01:00 168 0

Günün qoroskopu: Emosional fon əlverişlidir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - çətinliklər və problemlərdən xali olmayan gündür. Amma uğursuz zaman da deyil. Başladığınız işləri tez başa vuracaq, nailiyyətlər əldə edəcəksiniz. Mühüm işləri yarımçıq qoymayın. Yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın.

Günün ikinci yarısında dəyərli təcrübə və önəmli məlumatlar əldə edə bilərsiniz.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Aktiv istirahət, gəzinti və idmanla məşğul olmaq əhvalınızı yaxşılaşdıra bilər.

Axşam saatlarında normal istirahət edin. Sevdiyiniz insanı sevindirməyi unutmayın.  

Buğa - diqqətli olun. Əsas məsələni unudaraq ikinci dərəcəli detallara həddən ziyadə fikir verməyin. Çoxsaylı, amma qeyri-ciddi səhvləri istisna edin. Sənədlərlə çalışmaq, mürəkkəb hesablamalarla məşğul olmaq üçün münasib zaman deyil.

Günün ikinci yarısında işgüzar danışıqlar pis keçməyəcək. Nüfuzlu insanlarla ünsiyyət gözlənilən nəticəni verəcək.

Yeni tanışlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

Maliyyə məsələləri ilə bağlı mühüm qərarlar qəbul etməyin, anlaşma və ya sövdələşmələri ertələyin. İşgüzar duyumunuz bu gün sizə xilaf çıxa bilər.

Yaxınlarınızla əlaqədə olun. Mühüm, təcili xəbər gələ bilər.

Əkizlər - öz problemlərinizi unutmağa çalışaraq başqalarının müşküllərinin çözülməsinə həddən ziyadə vaxt ayırmayın. Yaxın ətrafınızdakı insanlar sizdən yardım istəyir, kömək diləyirlər. Amma sizdən sui-istifadə etmək, yararlanmaq niyyətində olanlar da var.

Günün ikinci yarısında maraqlı tanışlıqlar ola bilər. Ancaq təmaslarda sərvaxt olun. Mənasız, yaltaq, həyasız insanlardan uzaq durun.

Gəlirlər və maraqlı işgüzar təkliflər istisna deyil. İş üçün münasib zamandır. Səfər və ya səyahət uğurlu alınacaq. Şəraitin dəyişməsi emiosional durumunuza müsbət təsir edəcək.

Xərçəng - müsbət təmayüllərin təsiri artır. Başladığınız işlərdə və layihədə uğura nail ola bilərsiniz. Bədxah və rəqiblərinizin arasında bir neçəsi irəliləyişinizi görərək susmağa, passivliyə üstünlük verirlər. İndiyədək sizdən uzaq duran şəxslər tərəfdaşlıq və əməkdaşlıq təklif edirlər.

İşgüzar danışıqları və görüşləri günün ilk yarısında başa vurun.

Günün ikinci yarısında müstəqil şəkildə, təkbaşına çalışın. Diqqətli olun, acı yanlışlıqlara yol verməyin.

Axşam saatları fiziki təmrinlər və idmanla məşğul ola bilərsiniz. Yaxın ətrafınızdakı insanların rəğbətini qazanmağa çalışın.

Şir - işdə münaqişələrə yol verməməyə çalışın. Hətta ən kiçik münaqişə və ya qarşıdurma belə, işdə rəhbərliklə, həmkarlarla münasibətləri korlaya bilər.

İşgüzar danışıqlara, yeni sifarişin müzakirəsinə tək yollanmayın. Yanınızda sizinlə həmfikir insan olarsa, mövqelərinizi daha səbatlı, daha asan müdafiə edə bilərsiniz.

Günün ikinci yarısında maliyyə itkiləri, planlaşdırılmamış itkilər istisna deyil.

Yaxınlarınızla təmaslarda səmimi, həssas olun. Fikirlərinizi gizlətməyin, amma qabalıq da etməyin. Önəmli vədlər verməyin. Onları yerinə yetirmək düşündüyünüzdən də çətin olacaq.

Qız - peşəkar fəaliyyət baxımından uğurlu gündür. İşlərinizdə irəliləmək, çoxdankı rəqibi geridə qoymaq şanslarınız var. Yeni işə, layihəyə başlamaq olar. Gəlir mənbələrinin sayını artırmağa çalışın.

Günün ikinci yarısında maliyyə fonu daha yaxşı olacaq. Artıq unutmağa başladığınız borcu qaytaracaqlar.

Axşam saatlarında yeni münasibətlərə başlamaq olar. İntuisiyanız iti olsun, ilk dəfə gördüyünüz insanın kimliyini az sonra anlamağa çalışın.

Səfərlər pis alınmayacaq.