Bakıda iki avtomobil toqquşdu, 46 yaşlı qadın yaralandı


Sosial 26 May 2020 23:29:29 168 0

Bakıda iki avtomobil toqquşdu, 46 yaşlı qadın yaralandı

Bu gecə paytaxt Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bu gecə paytaxt Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1974-cü il təvəllüdlü Mirzəyevə Leyla Əfras qızı xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, ilkin müayinə zamanı ona baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Ramin Şahbazov