Bakıda piyadanı avtomobil vurub


Digərləri 26 May 2020 22:46:00 142 0

Bakıda piyadanı avtomobil vurub

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki,  hadisə Buta qəsəbəsində qeydə alınıb.

1957-ci il təvəllüdlü Babayeva Sədaqət Siyasət qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.