QuraniKərimdə mənəvi paklıq və onun amilləri


Digərləri 26 May 2020 22:30:00 140 0

QuraniKərimdə mənəvi paklıq və onun amilləri

1. Allah mənəvi paklığa sahib olan insanları sevir:

فِيهِ رِجَالٌ يُحِبُّونَ أَن يَتَطَهَّرُواْ وَاللّهُ يُحِبُّ الْمُطَّهِّرِينَ

"...Orada paklanmağı sevən insanlar vardır. Allah pakları sevir!" ("Tövbə", 108.)

2. Quranla təmasın şərti mənəvi paklıqdır:

إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ. فِي كِتَابٍ مَّكْنُونٍ. لَّا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ

"Bu kərim Qurandır. (O, Allah dərgahında) qorunub saxlanılan bir kitabdadır (və hər bir dəyişiklikdən qorunmuş lövhədədir.) Ona paklardan başqa heç kəs toxunmaz!" ("Vaqiə", 79.)

3. Məsum imamlar mənəvi paklığa sahibdirlər:

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Allah siz Əhli-beytdən hər cür pisliyi təmizləmək və sizi tamamilə pak-pakizə etmək istəyir." ("Əhzab", 33.)

Mənəvi paklıq amilləri

1. Vacib zəkatın ödənilməsi:

خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِم بِهَا

"(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al ki, bununla onları(n canı və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san." ("Tövbə", 103.)

2. Tövbə etmək: