QuraniKərimdə ədalət və onun müxtəlif yönləri


Digərləri 26 May 2020 21:20:00 156 0

QuraniKərimdə ədalət və onun müxtəlif yönləri

1. İnsanların ədalətli olması ilə bağlı ilahi əmr:

إِنَّ اللّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالإِحْسَانِ وَإِيتَاء ذِي الْقُرْبَى

"Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqlarını verməyi əmr edir..." ("Nəhl", 90.)

2. Peyğəmbərlərin göndərilməsində məqsəd - insanların bir-birilə ədalətlə rəftar etməsi:

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ

"Həqiqətən, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə kitab və ölçü vasitəsi nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər..." ("Hədid", 25.)

3. İqtisadi məsələlərdə ədalətli olmaq:

أَوْفُواْ الْكَيْلَ وَالْمِيزَانَ بِالْقِسْطِ

"Ölçü və çəkini ədalətlə tam şəkildə verin." ("Ənam", 152.)

وَأَوْفُوا الْكَيْلَ إِذا كِلْتُمْ وَزِنُواْ بِالقِسْطَاسِ الْمُسْتَقِيمِ

"(Hər hansı bir malı) ölçəndə ölçüdə düz olun, (çəkəndə) düzgün tərəzi ilə çəkin..." ("İsra", 35.)

4. Hökm çıxarmaqda ədalətli olmaq:

وَإِنْ حَكَمْتَ فَاحْكُم بَيْنَهُمْ بِالْقِسْطِ إِنَّ اللّهَ يُحِبُّ الْمُقْسِطِينَ

"...Əgər hökm etsən, aralarında ədalətlə hökm et. Allah ədalətliləri sevir!" ("Maidə", 42.)

وَإِذَا حَكَمْتُم بَيْنَ النَّاسِ أَن تَحْكُمُواْ بِالْعَدْلِ

"...İnsanlar arasında hökm çıxaranda, ədalətlə hökm çıxarın..." ("Nisa", 58.)

5. Şahidlik etdikdə ədalətli olmaq:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُونُواْ قَوَّامِينَ لِلّهِ شُهَدَاء بِالْقِسْطِ وَلاَ يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَى أَلاَّ تَعْدِلُواْ

"Ey iman gətirənlər! Allah qarşısında möhkəm dayanan və ədalətli şahidlər olun. Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin..." ("Maidə", 8.)

6. Sənədin yazılması və tənzimlənməsində ədalətli olmaq: