Qəza namazlarını hansı ardıcıllıqla qılmaq lazımdır?


Digərləri 26 May 2020 20:15:00 147 0

Qəza namazlarını hansı ardıcıllıqla qılmaq lazımdır?

Keçmiş günlərin qəza namazlarını hansı ardıcıllıqla qılmaq lazımdır? Əgər sübh namazı qəzaya qalıbsa, zöhrü qılmazdən qabaq sübhün qəzası qılınmalıdır? Sübh namazının qəzasını nə zamana kimi qılmaq lazımdır?

Qəza namazlarını hansı ardıcıllıqla qılmaq barədə müctəhidlərin rəyi bir qədər fərqlidir. Bütün rəyləri ümuiləşdirərək, belə bir nəticəyə gəlirik. Bir neçə günlük qəza namazları olan şəxs ilk öncə daha əvvəlki günün qəza namazını qılsın, ardınca bundan sonrakı günün namazını qəza etsin. Məsələn, srağagündən zöhr namazı, dünəndən isə sübh namazı qəzaya qalıbsa, əvvəlcə srağagünün zöhr namazı, sonra isə dünənin sübh namazı qəza olunsun. Həmçinin, eyni günə aid olan qəza namazlarında da ardıcıllıq gözlənilsin. Yəni məsələn, dünənin həm zöhr, həm də əsr namazları qəzaya gedibsə, əvvəlcə zöhrü, sonra əsri qılsın. Bir də müctəhidlər məsləhət bilirlər ki, insanın öhdəsində həmin günün və ya yaxın günlərin bir və ya bir neçə qəza namazı varsa, əvvəlcə qəzaları qılsın, sonra əda namazını icra etsin. Yəni məsələn, insan səhər yatıb yuxuya qalsa və sübh namazını qılmasa, yaxşı olar ki, zöhr namazını qılmazdan əvvəl sübhü qəza etsin. Əlbəttə, bu, vacib deyil, məsləhətdir. Həmçinin, əgər insanın qəza namazları çoxdursa, məsələn, 10 illik qəza namazları varsa, bu hökm öz qüvvəsini itirir.