İspaniyada pandemiya qurbanlarının xatirəsinə matəm elan edildi


Dünya 26 May 2020 20:10:00 168 0

İspaniyada pandemiya qurbanlarının xatirəsinə matəm elan edildi

İspaniyada pandemiya qurbanlarının xatirəsinə matəm elan edildi

İspaniya hökuməti COVID-19 pandemiyasından ölənlərin xatirəsinə ehtiram əlaməti olaraqmay ayının 27-dən etibarən 10 günlük matəm elan edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədəhökumət sözçüsü Maria Xesus Montero məlumat verib.

Onun sözlərinə görə,həmin müddət ərzində ölkə boyu ictimai binalar, habelə gəmilər üzərində bayraqlar yarıyadək qaldırılacaq.

Xatırladaq ki, koronavirus pandemiyasından ən çox zərər çəkən ölkələrdən olan İspaniyada 235 400 təsdiqlənmiş yoluxma hadisəsi (4-cü yer) qeydə alınıb və 26 834 nəfər koronavirusdan ölüb (4-cü yer).