Səudiyyə Ərəbistanı vəliəhdi Prezident İlham Əliyevi təbrik edib


Siyasət 26 May 2020 19:41:32 131 0

Səudiyyə Ərəbistanı vəliəhdi Prezident İlham Əliyevi təbrik edib

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud&Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə&təbrik məktubu ünvanlayıb.

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al SəudAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevətəbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirəm".